Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə çatır

Dünya

07.07.2020 - 11:55

Ölkədə qurbanlarının sayı 500 nəfərdən çoxdur

 

Ermənistanda son 24 saat ərzində daha 349 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bununla da düşmən ölkədə COVID-19 virusuna yoluxanların sayı 29 min 285 nəfərə yüksəlib.

 

Bildirilir ki, son sutka ərzində daha 12 nəfər pandemiyanın qurbanı olub və bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 503-ə çatıb. Hazırda Ermənistanda 11 min 711 nəfər aktiv koronovirus xəstəsi var.

Müəllif: Ayna.az