Boris Consonla bağlı məhkəmə iddiası rədd edilib

Dünya

08.10.2019 - 05:46

Şotlandiya məhkəməsi Böyük Britaniyanın Baş naziri Boris Consona açılmış məhkəmə iddiasını rədd edib

AYNA APA-ya istinadən xəbər verir ki, məhkəmənin hakimi Boris Consonun qanuna əməl edəcəyinə şübhə etmədiyini söyləyib.

Qeyd edək ki, biznesmen Deyl Vins, vəkil Co Mauqam və Şotlandiya İcmalar Palatasının üzvü Jovanna Çerri Şotlandiyanın ən yüksək məhkəməsinə müraciət edərək Baş nazirin “Benn aktı”na nə dərəcədə əməl edəcəyinə aydınlıq gətirməsini tələb edib.

Müəllif: Ayna.az