Dünyada koronavirusa yoluxanların sayında növbəti rekord

Dünya

25.07.2020 - 05:41

Həkimlər Klinikalar SEO Xidməti

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada və Avropada qeydə alınıb


Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 284 196 nəfər artaraq 15 296 926-ya yüksəlib. 

 

AYNA bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bundan əlavə, son 24 saat ərzində daha 9 753 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 628 903-ə çatıb.

 

Daha çox yoluxma halı Şimali və Cənubi Amerikada (8 121 700 nəfər) və Avropada (3 170 382 nəfər) qeydə alınıb.

 

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş