"Atəş açan şəxs öldürülüb"
ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində 10 nəfər həlak olub. AYNA Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".
Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.