Ümumilikdə ölənlərin sayı 619 min 647 nəfərə çatıb
Dünyada koronavirusa yoluxanların sayı 15 milyon nəfəri, sağalanların sayı isə 9 milyon nəfəri ötüb. AYNA xarici mediaya istinadən bildirir ki, pandemiyanın statistikasını aparan “Worldometer” saytı yeni rəqəmləri açıb. Qeyd olunub ki, iyulun 21-də koronavirusa 239 min 113 nəfər yoluxub, 5 min 678 nəfər həyatını itirib.
Saytın son məlumatına əsasən, hazırda bütün dünyada koronavirus infeksiyasına yoluxanların sayı 15 milyon 101 minə, ölənlərin sayı isə 619 min 647 nəfərə çatıb. Eyni zamanda, 9 milyon 118 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 5 milyon 363 min xəstədən 63 min 634-nün vəziyyəti ağır qiymətləndirilir.
Ötən sutka ərzində ən çox yoluxma 67 min 140 nəfərlə ABŞ-da qeydə alınıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur. Hindistanda 1 milyon 194 min, Rusiyada 783 min, Cənubi Afrika Respublikasında 381,8 min, Peruda isə 362 min nəfər COVID-19-a yoluxub.