ABŞ Ruhaniyə və Cavad Zərifə viza verdi

Dünya

20.09.2019 - 01:48

Həkimlər Klinikalar SEO Xidməti

İranın Xarici işlər naziri Cavad Zərif Nyu-Yorka səfər edəcək

 

ABŞ rəsmiləri gələn həftə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının iclasında iştirak etmələri üçün İran prezidenti Həsən Ruhanini və ölkənin xarici işlər naziri Cavad Zərifi viza ilə təmin edib. AYNA APA-ya istinadən xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi Əlirza Miruzəfi məlumat verib.

 

Öz növbəsində İran XİN-in nümayəndəsi Abbas Musəvi öz “Twitter” səhifəsində Cavad Zərifin BMT Baş Assambleyasında iştirak etmək niyyətində olduğunu təsdiqləyib: “Xarici işlər naziri Cavad Zərif BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün cümə günü səhər Nyu-Yorka səfər edəcək”.

 

Qeyd edək ki, çərşənbə günü “ISNA” agentliyinin bildirdiyinə görə, ABŞ İran nümayəndəliyinin üzvlərini viza ilə təmin etməzsə, İran prezidenti Həsən Ruhani sentyabrın sonlarında Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında iştirak etməyə bilər. Vizanın olmamasını ölkənin XİN rəhbəri də təsdiqləyib.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət