COVID-19 ilə bağlı 2 yeni iddia

Dünya

13.04.2020 - 12:56

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlərin ayaqqabılarının dabanlarında virus tapılıb

 

ABŞ-ın Atlanta şəhərindən yerləşən və rəsmi səhiyyə orqanı olan Yoluxmanın İdarəolunması və Qarşının Alınması Mərkəzi koronavirusla bağlı yeni iddia irəli sürüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Mərkəz COVID-19-un, əslində 4 metr məsafədən yoluxduğunu bəyan edib.

 

O da bildirilib ki, virus daha çox ayaqqabılar vasitəsilə yayılır. Bu nəticəyə Çin Vuhan Huoshenshan Xəstəxanasının həkimlərinin ayaqqabıları analiz edildikdən sonra gəlinib. Hətta həmin ayaqqabıların dabanlarında viruslar aşkarlandığı qeyd olunub.

 

Bənzər araşdırma Pekinin Hərbi Tibb Akademiyası tərəfindən də aparılıb. Məlumata görə, xəstəxanada istifadə olunan bütün əşyalar virus daşıyıcısıdır və bütün bu iddialar sübuta yetirilib: “Bu səbəbdən xəstəxanada həkimlər tərəfindən virus yaymaq riski böyükdür və həkimlər daha çox diqqətli olmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş