Ukrayna Rusiyadan gəmilərini istəyir

Dünya

04.11.2019 - 21:58

Rəsmi Kiyev Moskvaya nota göndərib

 

Ukrayna Kerç boğazında Rusiya tərəfindən girov götürülmüş gəmilərini geri istəyir.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər naziri Vadim Pristayko gəmiləri istənilən vaxt geri almağa hazır olduqlarını deyib. B səbəbdən rəsmi Kiyev Moskvaya gəmilərin təhvil verilmə yeri və vaxtı haqda məlumat üçün nota göndərib. Pristaykonun sözlərinə görə, gəmilərin bu qədər uzun müddət saxlanılmasında güllə izlərini ört-basdır etmək üçün onlarda təmir işlərinin aparılması şübhələrini oyadır.

 

Xatırladaq ki, Ukrayna Hərbi Dəniz Donanmasına məxsus gəmilərə 2018-ci ilin noyabrında həbs qoyulub. Rusiya tərəfi Ukrayna gəmilərinə onların sərhəd sularını keçməsi iddiası ilə dənizçilərlə birlikdə həbs qoymuşdu. Bu ilin sentyabrında Rusiya və Ukrayna həbsdə olan və saxlanılan dənizçiləri qarşılıqlı dəyişdirib.

 

Müəllif: Ayna.az