Braziliyada 1 ildə 60 minə yaxın insan qətlə yetirilib

Dünya

12.09.2019 - 16:02

Hesabatın əhatə etdiyi 2018-ci il ərzində 343 polis əməkdaşı öldürülüb

 

2018-ci ildə Braziliyada qətl, qarət və polis ölümləri də daxil olmaqla, cinayət qurbanlarının sayı açıqlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, son 1 il ərzində Braziliyada 57341 nəfər qətlə yetirilib.

 

Braziliya İctimai Təhlükəsizlik Forumunun paylaşdığı məlumata görə, ölənlərin sayı 2017-ci ilə nisbətən 11 faiz artıb. Digər tərəfdən, hesabatda 2018-ci ildə 343 polisin öldürüldüyü, lakin 1 il əvvəl ilə müqayisədə bu göstəricinin 8 faiz azaldığı vurğulanıb.

 

Qeyd olunan statistikadan narahat olan Braziliya Prezidenti Jair Bolsonora, cinayətlərin say azaltmaq üçün polisə daha çox səlahiyyət vermək istədiyini dilə gətirib.

Müəllif: Ayna.az