Arılar cinayətkarı tutmaqda polisə yardım etdi

Dünya

13.08.2019 - 15:57

Hadisə yerinə təcili tibbi yardım da çağırılıb

 

Almaniyada  arılar polislərə yardım edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, hadisə Oldenburq şəhərində baş verib.

 

Avqustun 12-də səhər saatlarında iki asayiş keşikçilərinə 32 yaşlı kişini tutaraq polis bölməsinə təslim etmək tapşırığı verilib. Kişi isə polisləri görəndə eyvandan tullanaraq qaçmaq qərarına gəlib.

 

Eyvandan tullanan kişi arı yuvasına düşüb. Arılar da onu sancmağa başlayıb. Nəticədə kişi qışqıraraq  evin qarşısındakı bağçaya qaçıb.

 

O, həşəratlardan qaçaraq uşaqlar üçün olan şişmə hovuza tullanıb. Bu vaxt polislər onu asanlıqla həbs ediblər. Hadisə yerinə təcili tibbi yardım da çağırılıb. Məlum olub ki, cinayətkarı 6 arı sancıb.

Müəllif: Ayna.az