Bu 3 ölkədə COVID-19-a yoluxma və ölüm sürətlə artır

Dünya

03.07.2020 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Braziliya, Meksika və Hindistanda koronavirusdan ölənlərin sayı çoxalmaqdadır

 

Braziliya, Meksika və Hindistanda koronavirusdan ölənlərin sayı artmaqdadır. AYNA xarici mediaya istinadən xəbər verir ki, COVID-19-dan son 24 saatda ölənlərin sayı Braziliyada 1252, Meksikada 679, Hindistanda 391 nəfər olub. Bununla da, pandemiyasından ən çox təsirlənən ikinci ölkə Braziliyada ümumi ölüm sayı 61 min 884-ə, yoluxma halı isə 496 min 858-ə yüksəlib.

 

Ölkədə ən çox yoluxma 302 min 179 nəfərlə Sau Pauloda, 10 min 332 nəfərlə Rio de-Janeyro şəhərlərində qeydə alınıb.

 

Son məlumata görə, Meksikada yoluxma sayı 238 min 511, virusdan ölüm sayı 29 min 189 nəfərə yüksəlib.

 

Hindistanda isə ümumi yoluxma sayı 627 min 168, ölüm sayı 18 min 225 nəfərə yüksəlib. “Worldometer” saytındakı statistikaya görə Hindistan dünyada ən çox yoluxma faktı qeydə alınmış 4-cü ölkədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş