Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

25.06.2020 - 05:11

Koronavirus qurbanlarının sayı artmaqda davam edir 

 

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 43 081 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 154 nəfər artıb.

 

Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 653-dür. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 306 862-yə çatıb.

 

Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 171 nəfər təşkil edib, 874 nəfər COVID-19-a yoluxub.

Müəllif: Ayna.az