İsrail ordusu fələstinlilərin evlərini dağıtmağa başladı

Dünya

22.07.2019 - 11:51

İsrail ali məhkəməsi fələstinli vətəndaşlara xəbərdarlıq göndərib

 

İsrail ordusu Şərqi Qüdsdə “Ayrım” divarının yaxınlığında yerləşən fələstinli vətəndaşların evlərini dağıdıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail polisi və əsgərləri səhər saatlarında Sur Bahir bölgəsində yerləşən Vadi Əl-Xummus məhəlləsindəki evlərin söküntüsünə başlayıb.

 

Yerli əhali ilə polis arasında qarşıdurma yaşanıb. İsrail əsgərləri hal-hazırda davam edən tikintilərdə işi dayandırıb, bir çox evləri və iaşə obyektlərini zorla boşaldıblar. Yüksək mərtəbəli tikililəri uçurmaq üçün müxtəlif partlayıcılardan istifadə edilib.

 

Qeyd edək ki, İsrail ali məhkəməsi fələstinli vətəndaşlara 18 iyun tarixinə qədər yaşadıqları mənzilləri boşaltmaları haqqında xəbərdarlıq göndərib.

Müəllif: Ayna.az