Nikol Paşinyan: "Gümrüdən Los Ancelesə gedirik"
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfərə yola düşüb.
AYNA "Report"a xəbər verir ki, bu barədə baş nazir "Facebook" səhifəsində məlumat verib.
"Gümrüdən Los Ancelesə gedirik", - Paşinyan yazıb.
N.Paşinyan Ermənistanın Müstəqillik Gününə həsr olunan və ölkənin ikinci ən böyük şəhəri Gümrüdə keçirilən tədbirlərdə iştirak edib.