Braziliyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

27.06.2020 - 07:32

Pandemiya qurbanlarının sayı 55 961 nəfərə yüksəlib

 

Braziliyada son sutkada koronavirusa 46 min yoluxma aşkarlanıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Nazirliyin məlumatına görə, ölkədə COVID-19-a yoluxma hallarının sayı 1 274 974-ə çatıb.

 

Qeyd edilir ki, son sutkada təhlükəli infeksiyadan 990 nəfər ölüb. Beləliklə, Cənubi Amerika ölkəsində pandemiya qurbanlarının sayı 55 961 nəfərə yüksəlib. 

 

Braziliya dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Müəllif: Ayna.az