Braziliyada koronavirusa yoluxanların sayı 2 milyonu ötüb

Dünya

17.07.2020 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur

 

Braziliyada son bir gündə koronavirusa yoluxma hallarının sayı 45 mindən çox artıb.

 

AYNA xarici metbuata istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə infeksiyaya yoluxma hallarının ümumi sayı 2 012 151-ə çatıb. Son 24 saat ərzində virusa 45 403 yoluxma aşkar edilib.

 

Cənubi Amerika ölkəsində virusdan ümumilikdə 76 688 insan ölüb. Son sutkada daha 1 322 insan pandemiyanın qurbanı olub.

 

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş