Braziliyada COVID-19-a yoluxma və ölüm sayı artıb

Dünya

02.07.2020 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxanların sayı 1 milyon 453 min 369 nəfərə, ölü sayı isə 60 min 713 nəfərə çatıb

 

Braziliyada son sutka ərzində 44 min 884 nəfər COVID-19-a yoluxub, 1057 nəfər isə ölüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bununla da, Braziliyada koronavirusa yoluxanların sayı 1 milyon 453 min 369 nəfərə, ölü sayı isə 60 min 713 nəfərə çatıb.

 

Ölkənin 46 milyonluq San-Paulu əyaləti 289 min 935 yoluxma və 15 min 30 ölüm halı ilə Braziliyanın koronavirusdan nə çox zərər görən bölgəsidir. Onun ardınca 115 min 278 nəfərin yoluxduğu və 10 min 198 nəfərin öldüyü Rio-de-Janeyro əyaləti gəlir. 211 milyon nəfər əhalisi olan Braziliya Latın Amerikasında COVID-19-un mərkəzi sayılır. Ölkə koronavirus infeksiyasına yoluxma və ölüm sayına görə ABŞ-dan sonra dünyada ikinci yerdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş