Putin özünün və Medvedevin maaşını artırdı

Dünya

07.10.2019 - 23:19

Rusiya prezidenti Vladimir Putin özünün və Baş Nazir Dmitri Medvedevin maaşını artırıb

AYNA-nın məlumatına görə, prezident bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, dövlət başçısı ilə Baş Nazirin maaşı 4,3% qalxıb.

Qeyd edək ki, Putin ötən il 8,65 milyon rubl, Medvedev isə 9,9 milyon rubl gəlir əldə edib.

Müəllif: Ayna.az