Belarusda fəhlələr Lukaşenkoya qarşı tətil elan ediblər

Dünya

28.07.2020 - 15:20

Həkimlər Klinikalar SEO Xidməti

Tətil edənlərin Prezidentdən bir sıra tələbləri var

 

Belarusda bir neçə müəssisə fəhlələri Prezident Aleksandr Lukaşenkoya qarşı tətilə başlayırlar. AYNA xarici mediaya istinadən bildirir ki, tətil "Brestjilstroy" unitar müəssisəsinin işçiləri tərəfindən elan edilib. Onlar ədalətli və şəffaf prezident seçkilərinin keçirilməsini, siyasi məhbusların azad edilməsini və onlara qarşı irəli sürülən bütün ittihamların ləğv olunmasını tələb edirlər.

 

Tətil avqustun 10-dan 11-dək davam edəcək və əgər Lukaşenko seçkilərdə qalib gələrsə, işçilər qeyri-müəyyən milli tətil edəcəklərini bildiriblər. Planlaşdırılan tətillər, həmçinin "Grodno Azot", BMZ və "SvetlogorskXimvolokno" ASC-nin mədənçiləri tərəfindən elan edilib.

 

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. Ölkədə və xaricdə müxalif siyasətçilərin təqib olunması ilə əlaqədar kütləvi etiraz aksiyaları vüsət alıb. Prezidentliyə namizədliyini elan edən bloqqer Sergey Tixanovski və “Belgazprombank”ın keçmiş rəhbəri Viktor Babarikonun həbsi ölkədə rezonans doğurub.

 

Lukaşenko isə həbs olunan müxalifləri xarici qüvvələrin “kuklaları” adlandırıb və Belarusda onların inqilab etmək istədiklərini deyib. Lukaşenko hesab edir ki, bu inqilabla Belarusu parçalamaq, müstəqilliyinin itirilməsi niyyəti güdülür. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş