Avropa Parlamenti Trampa qarşı

Dünya

20.06.2020 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

Cord Floydun polis tərəfindən öldürülməsi ilə bağlı gərginlik davam edir 

 

Avropa Parlamentində 104 səs əleyhinə, 67 səs bitərəf və 493 səs leyhinə səs verməklə ABŞ-da Corc Floydun öldürülməsini və dünyanın başqa yerlərində buna bənzər hadisələri qınama qərarı verib. AYNA xarici məbuata istinadən xəbər verir ki, Avropa Parlamentinin üzvləri ABŞ rəsmilərini irqçiliyə və sosial bərabərsizliyə qarşı tədbir görməyə çağırıb.

 

Parlamentin plenar iclasında polisin dinc etirazçılara qarşı təzyiqləri, hərbiçilərin münasibətləri və ABŞ Prezidenti Donald Trampın açıqlamalarının düzgün olmadığı bildirilib. 

 

Parlament, həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən güc tətbiq edilməsinin qanuni və son vasitə olmalı olduğunu, nümayişlər zamanı zorakılıq hərəkətlərini, talan, yandırma, vandalizm və ictimai və şəxsi mülkiyyətə ziyan vurmağın yanlış olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş