ABŞ-da koronavirusa yoluxanların sayı artıb

Dünya

22.07.2020 - 20:56

Ölkədə ümumi yoluxma hallarının sayı 3 902 135-ə çatıb

 

Son bir gündə ABŞ-da 64 534 yeni koronavirusa yoluxma halı aşkar edilib, 1 082 nəfər virusdan ölüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatında deyilir.

 

Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 3 902 135-ə çatıb. 142 mindən çox insan ölüb, 1,1 milyondan çox yoluxmuş şəxs sağalıb.

Müəllif: Ayna.az