ABŞ Covid-19-un peyvəndini tapıb

Dünya

03.04.2020 - 17:12

Həkimlər Klinikalar SEO Xidməti

Vaksin orqanizmə yeridildikdən az sonra bədəndə virusa qarşı antikor yaradır

 

ABŞ-da yerləşən Pittburqh Tibb Unuversitetinin alimləri Covid-19-a qarşı yeni vaksin hazırladığını bəyan ediblər.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, alimlərin fikrincə, yeni peyvənd dərmanın tezliklə istehsalına başlansa, yoluxmanın sürəti xeyli azalmış olar.

 

Məlumata görə, yeni vaksin siçanlar üzərində sınaqdan keçirilib, artıq effektli olacağı barədə fakt var.

 

Vaksin orqanizmə yeridildikdən az sonra bədəndə virusa qarşı antikor yaradır. Virusun bədəndəki təsiri itir, xəstəlik baş vermir.

 

Alim qrupuna rəhbərlik edən həkim Andrea Gambotto bildirib ki, Covid-19-dan əvvəl SARS və MERS kimi bənzər viruslarla bağlı araşdırmalar aparılmışdı və əslində yeni koronavirusla o birilərinin bənzər tərəfləri çoxdur.

 

“Koronavirus da proteindən ibarətdir, o da həzm sisteminə digər viruslar kimi yayıla bilir. Yeni yaradılan vaksinin əsas işi bu vəziyyəti idarə etməkdir.  Başqa sözlə, digər qrip peyvəndləri kimi bu vaksin də orqanizmdə müqavimət yaradır”, -deyə qeyd edib.

 

Yeni vaksin ABŞ-ın Qida və Dərman Dairəsinə icazə və təsdiqlənməsi üçün təqdim edilib. Əgər lazımı rəsmi təsdiqlər əldə edilsə, yaxın bir neçə ay içərisində insanlar üzərində vaksinin tətbiqinə başlanacaq.

 

Qeyd edək ki, dünya üzrə virusa yoluxma ən çox ABŞ-dadır. Son məlumata görə, ölkədə 245 573 nəfərdə yoluxma qeydə alınıb, 6058 nəfər ölüb. Ölənlərin 1562 nəfəri Nyu-Yorkdadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş