ABŞ Avropadan səfərlərə qadağa qoyub

Dünya

12.03.2020 - 07:40

Həkimlər Klinikalar SEO Xidməti

"Qadağa ticarət malları və yüklərə tətbiq edilməyəcək”

 

Cari ilin martın 13-dən etibarən Avropadan Amerikaya səfərlərə 30 gün müddətinə qadağa qoyulacaq.

 

AYNA xəbər verir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

Onun sözlərinə görə, müvafiq addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün atılır.

 

“Lakin bu, Böyük Britaniyaya şamil edilməyəcək. Bundan əlavə, istisnalar zəruri yoxlanışdan keçən amerikalılara da aiddir. Qadağa həmçinin ticarət malları və yüklərə də tətbiq edilməyəcək”.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş