ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır

Dünya

20.07.2019 - 23:02

ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyini təmin etmək üçün "Gözətçi" adlanacaq hərbi əməliyyat hazırlayır. AYNA axar.az-a istinadən bildirir ki, bu məlumatı ABŞ Mərkəzi Komandalığı (CENTCOM) yayıb.

 

CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması olduğu bildirilib. CENTCOM bütün fəaliyyətlərini ABŞ-ın müttəfiqləri ilə koordinasiya edəcəyini bəyan edib.

Müəllif: Ayna.az