Yerevanda gərginlik artdı: Müxalifət lideri tutulub, deputatlar döyülüb - <font color=red> VİDEO</font>

Dünya

14.06.2020 - 18:59

Həkimlər Klinikalar SEO Xidməti

Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları paytaxt Yerevanın küçələrinə axışıblar

 

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana qarşı üç maddə üzrə cinayət işinin açıldığı məlumatını yayıb. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti partiya rəhbərliyi və partiya üzvlərinin 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət veriblər.

 

İstintaq çərçivəsində partiyanın 40-a yaxın ofisində axtarış aparılıb, kompüterlər və digər elektron məlumat daşıyıcıları götürülüb.

Gagik Tsarukyan returns to politics | Vestnik Kavkaza

Ermənistan Dövlət Təhlükəsizlik Xidməti Q.Çarukyanı Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə də ittiham edib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib. Ərazidə təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Bununla da dövlətə 342 milyon dram  ziyan vurulub.

 

Bundan əvvəl Milli Təhlükəsizlik Xidməti Çarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında müxalifət liderinə məxsus villada və Çiçəklənən Ermənistan Partiyasının regionlardakı ofislərində axtarışlar aparılıb. Çarukyan açıqlamasında deyib ki, villasında və partiyasının ofislərində aparılan axtarışlar siyasi xarakterlidir. “Bu, əlbəttə ki, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq. Bu həngamə mənim hökumətə qarşı tənqidlərimlə bağlıdır, siyasi sifarişdir. Milli Təhlükəsizlik Xidmətinə çağırılmışam, ifadə verməyə gedirəm. Ancaq hansı suallara cavab verməli olduğumu bilmirəm. Məni şantaj etmək, qorxutmaq nəticə verməyəcək”, - deyə Çarukyan qeyd edib. 

 

Bu gün səhərdən başlayan axtarışlara görə, Çiçəklənən Ermənistan Partiyasının tərəfdarları paytaxt Yerevanın küçələrinə axışıblar. Onlar Baş Nazir Nikol Paşinyandan siyasi təqibi dayandırmağı və vəzifəsindən istefa verməyi tələb ediblər. “Çiçəklənən Ermənistan” fraksiyasının deputatları İvetta Tonoyan, Naira Zoqrabyan, Karine Poqosyan, Arman Abovyan, Qevork Petrosyan iştirak ediblər.  AYNA xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşan aksiyaçılar arasında deputatlar da olub. Aksiyaları dağıtmaq üçün xüsusi polis qüvvələrindən istifadə edilib. Deputatlar zorla ərazidən uzaqlaşdırılıblarPolisin güc tətbiq etməsi nəticəsində deputatlardan Karine Poqosyan və Arman Abovyan xəsarət alıb, Canibek Ayrapetyanı isə polislər yerdə sürüyüblər. Bununla yanaşı aksiyanı işıqlandıran jurnalistlərə də polis zor tətbiq edib. Nəticədə KİV təmsilçilərindən xəsarət alanların olduğu bildirilir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş