Rusiyada silahlı insident: 8 hərbçi ölüb, yaralılar var

Dünya

25.10.2019 - 17:28

İnsident qarovul növbəsi dəyişdirilən zaman baş verib

 

Rusiyanın Zabaykal diyarında yerləşən hərbi hissələrdən birində silahlı insident olub. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bir əsgər öz yoldaşlarını atəşə tutub.

 

İnsident oktyabrın 25-də qarovul növbəsi dəyişdirilən zaman baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub, 2 nəfər yaralanıb.

 

Hadisəni törədən hərbçi saxlanılıb. Yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Ayna.az