Yeni doğulan əkizlərə Korona və Kovid adları verilib

Dünya

03.04.2020 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Ailə hadisəni unudulmaz etmək üçün bu addımı atıb

 

Hindistanda bir ailə yeni doğulan əkizlərinə Korona və Kovid adlarını verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ailənin hadisəni unudulmaz etmək üçün bu addımı atdığı bildirilib.

 

"Əslində, bu virus təhlükəli olsa da, insanları sağlamlıq tədbirlərinə, gigiyena və digər yaxşı işlərə də yönəltməyi bacardı. Buna görə də əkizlərə bu adları verməyi düşündük”, - cütlük bildirib.

 

Qeyd edək ki, Hindistanda koronavirus sürətlə yayıldığı üçün insanlara küçəyə çıxma qadağası qoyulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş