Yay düşərgəsində yanğın: <font color=red> Bir ölü, dörd yaralı</font>

Dünya

23.07.2019 - 08:15

Rusiyanın Xabarovsk vilayətində yay düşərgəsində güclü yanğın olub. AYNA APA-ya  istinadla xəbər verir ki, ilkin məlumata görə, yanğın nəticəsində 11-13 yaş aralığında dörd uşaq müxtəlif dərəcələrdə yanığ xəsarəti alıb, biri isə ölüb. 


Məlumata görə, "Xoldomi” düşərgəsində uşaqlar üçün qurulmuş 26 çadırdan 20-si yanıb.  Yaralılar Solneçno rayon xəstəxanasına çatdırılıb. 

 

Hüquq-mühafizə orqanları əməkdaşının sözlərinə görə, yanğın zamanı düşərgədə 189 uşaq olub. Onlar müvəqqəti olaraq istirahət mərkəzindəki bir kotecdə yerləşdirilib, çadırla təmin ediliblər.

Müəllif: Ayna.az