Yefremov ev dustaqlığının şərtlərini pozub

Dünya

11.06.2020 - 16:58

Aktyor Federal Penitensiar Xidmətin əməkdaşları tərəfindən mənzilindən aparılıb

 

Ev həbsində olan Rusiyanın tanınmış aktyoru Mixail Yefremov Federal Penitensiar Xidmətin əməkdaşları tərəfindən mənzilindən aparılıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, sənətçini hüquq-mühafizə orqanları dindirəcəklər.

 

Məlumatda qeyd olunub ki, onun telefon nömrəsindən zənglər edilib, ondan sonra Federal Penitensiar Xidmətin əməkdaşları onun evinə gəliblər. Rusiyada ev dustaqlığı şərtlərinə görə, internetdən istifadə və telefonla kənar şəxslərlə, mətbuatla ünsiyyət qadağandır.

 

Qeyd edək ki, iyunun 8-də axşam saatlarında sərxoş olan Yefremov Moskvanın mərkəzində idarə etdiyi avtomobillə qəza törədib. Onun idarə etdiyi avtomobil qarşıdakı zolağa çıxaraq mikroavtobusa çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü Sergey Zaxarov qan itkisindən ölüb. Yefremovun özü isə heç bir xəsarət almayıb. Hadisəni törətdiyi üçün məhkəmənin qərarı ilə aktyor ev dustaqlığına məhkum edilib.

 

Yefremovun sükan arxasında narkotikin təsirində olduğu haqqında mətbuatda məlumatlar yayılıb. Bəzi xəbərlərdə iddia olunur ki, aktyoru telefon danışıqlarına görə yox, məhz qanında narkotikin olub-olmamasını dəqiqləşdirmək üçün hüquq-mühafizə orqanları müayinədən keçirməyə aparıblar.

Müəllif: Ayna.az