Tramp: "Yaxşı xəbərlər gəlir"

Dünya

23.10.2019 - 06:47

Donald Tramp: "Gələcəkdə yeni xəbərlər olacaq"

 

ABŞ prezidenti Donald Tramp Suriya və Türkiyə ilə bağlı vəziyyətin inkişafını yaxşı xəbər adlandırıb.

 

AYNA xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı fikirlərini özünün "Twitter"dəki səhifəsində yazıb.

 

"Göründüyü kimi, Türkiyə, Suriya və Yaxın Şərq üzrə yaxşı xəbərlər gəlir. Gələcəkdə yeni xəbərlər olacaq", - deyə o yazıb.

 

Lakin Ağ Ev rəhbəri məhz hansı hadisələri nəzərdə tutduğunu açıqlamayıb.

 

Müəllif: Ayna.az