Hərbi xunta ilə müxalifət arasında saziş imzalanacaq

Dünya

06.09.2019 - 16:22

Əsma Abdullah Sudan tarixinin ilk qadın Xarici İşlər naziri olacaq

 

Sudanın Baş Naziri Abdullah Hamduk, Prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ilk dəfə yeni hökumət haqqında açıqlama verib. AYNA ərəb mediasına istinadən xəbər verir ki, yeni hökumət hərbi xunta ilə müxalifət arasında üç illik saziş imzalanacağını bəyan edib.

 

Açıqlamaya görə, yeni hökumət 20 nazirdən ibarət olacaq ki, onlardan 18-i şəxsən Baş Nazir tərəfindən seçiləcək.

 

Yeni hökumətdə qadınlara da vəzifə verilməsi nəzərdə tutulub. Belə ki, 4 qadınla təmsil olunacaq nazirlikdə, Əsma Abdullah Sudan tarixinin ilk qadın Xarici İşlər naziri olacaq.

 

Sudan Hərbi Şurasının üzvü olan general-leytenant Camal Ömər Müdafiə naziri, keçmiş polis zabiti İdris Dafallah isə Daxili İşlər naziri kimi yeni hökumətdə yer alacaq.

 

Yeni təyinatda, həmçinin iqtisadçı və Dünya Bankının keçmiş mütəxəssisi İbrahim əl-Bədəvi Sənaye, “Dəyişiklik” Alyansının lideri Abbas Madani isə Ticarət naziri kimi kabinetə daxil olacaqlar.

Müəllif: Ayna.az