“Xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil”
Avropa koronavirusun payızda gələ biləcək yeni dalğasına hazırlıq görməlidir. AYNA xarici mediaya istinadən bildirir ki, bu proqnozla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe çıxış edib.
ÜST-ün nümayəndəsi qeyd edib ki, təhlükə qabaqdadır: “Hazırda bayram etmək yox, hazırlıq görmək zamanıdır. COVID-19 pandemiyası ilə mübarizə üçün məhdudiyyətlər tətbiq edən bəzi ölkələr bunu aradan qaldırmağa başlayıblar. Məhdudiyyətlərin ləğvi tələskən qərar ola bilər”.
ÜST rəsmisi hesab edir ki, xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil.