Yas mərasimində narkotikdən zəhərləndilər

Dünya

30.10.2019 - 19:44

Cənazə mərasimində qonaqlar yedikləri tortdan huşlarını itiriblər

 

Almaniyanın Vithagen şəhərində qəribə hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bir cənazə mərasimində qonaqlara müəmmalı şirniyyat təqdim olunub.

 

Şəhər restoranlarının birində təşkil edilən cənazə mərasimində qonaqlar yedikləri tortdan huşlarını itiriblər.

 

Vithagen polis idarəsi tərəfindən başladılan istintaq zamanı məlum olub ki, restoran sahibinin qızı qonaqlara səhvən narkotik tərkibli şirniyyat təqdim edib.

 

Qeyd edək ki, hadisə avqust ayında baş versə də, yas mərasiminə hörmət əlaməti olaraq məlumat yaxın günlərdə yayılıb.

Müəllif: Ayna.az