Təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 92 nəfərə çatıb
Üç PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub. AYNA bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, təslim olan şəxslər terror təşkilatına 2013-cü ildən daxil olublar. Beləliklə, bu il yanvarın 1-dən bəri təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların sayı 92 nəfərə çatıb.
Nazirliyin digər məlumatında bildirilir ki, Vanın Çatak rayonu ərazisində aviasiyanın dəstəyi ilə keçirilən əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib. Onlar iyunun 8-də Belbuka yaylağında işçiləri daşıyan maşının keçdiyi yolda partlayış törətməklə iki nəfərin ölümünə səbəb olan terrorçulardır.