ABŞ prezidenti vəzifəsinə Demokrat Partiyasından olan namizəd Berni Sanders ürək əməliyyatı üçün xəstəxanaya yerləşdirilib
AYNA “Report”a istinadən xəbər verir ki, 78 yaşlı siyasətçi ürək-damar tıxanması səbəbindən əməliyyat olunub.
Qeyd edək ki, B.Sanders əksər reytinqlərdə demokrat namizədlər arasında Co Bayden və Elizabet Uorrendən sonra üçüncü olub.