Suriyadan BMT-yə ünvanlanan məktub Ərdoğanı qəzəbləndirib

Dünya

17.09.2019 - 17:22

Türkiyə Prezidenti: “YPG-yə qarşı ən böyük mübarizəni Türkiyə aparır”

 

Dünən Türkiyənin Ankara şəhərində “Suriya zirvəsi” baş tutub. AYNA xəbər verir ki, toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani iştirak edib.

 

Görüşdən əvvəl Suriya rəhbərliyinin, PKK-nın Suriyada əsas dayağı olan YPG-nin Suriya Demokratik Qüvvələrindən dəstək alması (SDQ) ilə bağlı BMT-yə şikayət məktubu göndərdiyi məlum olub və bu məktub ətrafında müzakirələr başlayıb. Məktubda Ankaranın uzun illərdir SDQ-ni himayə etməsi, SDQ-nin isə seperataçı bir təşkilat olması qeyd olunub.

 

Toplantıdan sonra baş tutan mətbuat konfransında çıxış edən Ərdoğan, YPG-yə qarşı ən böyük mübarizəni Türkiyənin apardığını, həmçinin YPG-nin Suriyanın şimalında qeyri-qanuni fəaliyyət göstərdiyini deyib.

 

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında Bəşər Əsəd rejimi YPG ilə muxtariyyət danışıqlarına hazır oldunuğunu açıqlamışdı. Lakin həmin vaxt Türkiyə ordusu Suriyanın şimalında YPG-yə qarşı əməliyyatlar keçirərək YPG-nin terror təşkilatı olduğunu bildirmişdi.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə