“Türkiyənin Ayasofyanı məscidə çevirmək hüququ var” - <font color=red> ÇAVUŞOĞLU</font>

Dünya

11.06.2020 - 18:57

Çavuşoğlu: "Bu məsələ beynəlxalq mövzu deyil"

 

“Türkiyənin İstanbuldakı Ayasofyanın statusunu dəyişdirmək və digər ölkələrin fikirlərini nəzərə almadan məscidə çevirmək hüququ var”. AYNA xəbər verir ki, bu sözləri NTV telekanalına müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

 

XİN başçısı qeyd edib ki, bu məsələ beynəlxalq mövzu deyil: “Ayasofya vaxtilə Osmanlının mülkünə çevrilib və məscid olaraq istifadə edilib. Bu, suverenliyimizlə bağlı bir məsələdir”.

 

“Katedralın YUNESKO-nun Ümumdünya İrsinə daxil olmasının onun statusu ilə heç bir bağlılığı yoxdur. Türkiyə binanın qorunub-saxlanılmasına cavabdehdir, YUNESKO qarşısında bu yöndə öhdəliyi var. Statusun dəyişib-dəyişməyəcəyi ilə bağlı Türkiyənin öhdəliyi yoxdur”, - deyə Çavuşoğlu vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan köməkçilərinə Ayasofiyanın rəsmi şəkildə məscidə çevrilməsi üçün fəaliyyətə başlamağı tapşırıb.

 

Müqəddəs Sofiya Katedralı VI əsrdə İmperator Justiniyanın əmri ilə tikilib. Osmanlılar o vaxtı Konstantinopol adlandırılan İstanbulu fəth etdikdən sonra katedral məscidə çevrilib. Lakin 1935-ci ildə müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürk Ayasofiyaya muzey statusu verib.

Müəllif: Ayna.az