İraqda komendant saatı elan olundu

Dünya

26.10.2019 - 05:20

Aksiyada 30-dək insan dünyasını dəyişib

 

İraqda yenidən başlayan etiraz askiyaları səbəbindən 7 əyalətdə komendant saatı elan olunub.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu əyalətlər Bəsrə, Di-Kar, maysan, Mutanna, Babil, Vasit və Ed-Divaniyadır. Nümayişçilərin tələblərini müzakirə etmək üçün parlamentin Nümayəndələr palatasının bu gün xüsusi toplanacağı bildirilib.

 

Qeyd edək ki, İraqda etirazlara səbəb həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefası tələbləridir. Aksiyada 30-dək insan dünyasını dəyişib.

 

Müəllif: Ayna.az