Türkiyədə koronavirusdan ölənlərin sayı artmaqda davam edir
Türkiyədə partiya sədri koronavirusdan ölüb.
AYNA-nın məlumatına görə, Müstəqil Türkiyə Partiyasının sədri (BTP) Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onunla yanaşı, səkkiz ailə üzvü də koronavirusa yoluxub.
Dörd gün ərzində xəstəxanada müalicə olunan H. Baş vəziyyəti pisləşdiyi üçün dünən reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, H. Baş vəfat edib.