Türkiyədə koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Dünya

25.06.2020 - 00:36

Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 191 657 nəfərə çatıb

 

Son bir gündə Türkiyədə koronavirusa daha 1 492 yoluxma qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 191 657 nəfərə çatıb.

 

Son sutkada qonşu ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, COVID-19 xəstələrinin sayı 5 025 nəfərə yüksəlib.

 

Bununla yanaşı, son sutkada 1 386 nəfər koronavirusdan sağalıb. 

 

Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 164 234 nəfərdir. 

 

Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusla bağlı 53 486 test aparılıb. Pandemiya ərzində təhlükəli infeksiya ilə bağlı aparılan teslərin ümumi sayı 3 083 121-dir.

Müəllif: Ayna.az