Qərbi Afrikanın ən böyük məscidi istifadəyə verildi

Dünya

28.09.2019 - 17:35

Seneqalda məscidin açılışında izdiham yaşanıb

 

Qərbi Afrikada 30 milyon avroya başa gələn və "Məscidi-Nəbəvi"ni xatırladan "Massalkoul Jinaan Məscidi" ibadət üçün vətəndaşların istifadəsinə verilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Seneqalın paytaxtı Dakarda açılan məsciddə namaz qılmaq üçün yüz minlələrlə insan iştirak edib. 

 

Açılışda iştirak etmək və namaz qılmaq istəyən yüz minlələrlə insan səhər saatlarından etibarən məscidə axın edib. Məscidin həyətinə yerləşməyən dindarlar küçələrə toplaşaraq məscidin ətrafında izdiham yaradıblar. 

 

Yerli mənbələrdə qeyd olunub ki, Seneqal Respublikasının Prezidenti Maki Sall və  Müridi təriqətinin şeyxi Mountaxa Mbake tərəfindən baş tutan və 30 milyon avroya tamamlanan "Massalikoul Jinan Məscidi" vətəndaşların ianələri hesabına ərsəyə gəlib. 

 

Müəllif: Mərahim Nəsib