İnsanlar partlayışın gücündən zəlzələ baş verdiyini hesab edərək, küçələrə axışıblar
Türkiyənin Sakarya vilayətində fişəng istehsalı fabrikində partlayış baş verib. AYNA xəbər verir ki, partlayışdan sonra fabrikdə güclü yanğın başlayıb. Səsi 50 kilometr məsafədən eşidilən partlayışın səbəbi hələlik bilinmir. İnsanlar partlayışın gücündən zəlzələ baş verdiyini hesab edərək, küçələrə axışıblar.
Türkiyə KİV-i bildirir ki, əraziyə çox sayda tibb işçisi və yanğınsöndürən cəlb edilib. 150-200 işçinin fabrikdə olduğu deyilir. Partlayışlar hələ də davam etdiyi üçün xilasedicilər müdaxilə edə bilmirlər. Yaxınlıqda yaşayan insanlardan əraziyə gəlməmələri xahiş edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca və Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk hadisə yerinə gediblər.