Hadisə nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb
Türkiyədə güclü zəlzələ olub. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, yerli vaxtla saat 17.24 radələrində Bingölün Karlıova qəsəbəsində 5,7 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb. Nazir Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını bildirib.
Bingöl valisi isə deyib ki, Dinarbey və Elmali kəndlərində 10 ev çöküb, 4 nəfər dağıntı altından çıxarılıb.