Türkiyə və İran arasında aviareyslər bu tarixdə bərpa olunacaq

Dünya

15.06.2020 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Çavuşoğlu Zəriflə görüşdə vaxt açıqlayıb

 

Ankarada rəsmi səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, təkbətək görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

 

İkitərəfli münasibətlər və regional proseslərə dair mövqelərini açıqlayan nazirlər jurnalistlərin suallarını cavablandırıblar. Türkiyənin XİN başçısı Çavuşoğlu bildirib ki, COVID-19 pandemiyası səbəbindən iki ölkə arasında dayandırılan aviareyslər avqustun 1-dən bərpa oluna bilər.

 

İranın XİN başçısı Zərif isə koronavirusla mübarizədə İran xalqına göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş