ABŞ-da həyəcan: Küçənin ortasında insanları gülləbaran ediblər

Dünya

02.09.2019 - 15:34

Hadisə nəticəsində 7 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı bildirilir

 

ABŞ-ın Texas ştatında işıqforda dayanan bir sürücü polisə və ətrafdakı insanlara atəş açıb. AYNA xəbər verir ki, polis qaçmağa çalışan cinayətkarı qətlə yetirib.

 

Cinayət ştatın Midland və Odessa şəhərləri arasında yerləşən bir ticarət mərkəzinin yaxınlığında baş verib. İşıqforda dayanan sürücü əvvəlcə polisə, daha sonra yaxınlıqdakı insanlara atəş açmağa başlayıb.

 

Hadisə nəticəsində 7 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı bildirilir. İstintaqa cavabdeh olan FBİ rəsmisi qatilin heç bir terror təşkilatı ilə əlaqədə olmadığını vurğulayıb.

Müəllif: Ayna.az