Trampın rəqibi müsəlmanların dəstəyini qazanmağa başlayıb

Dünya

24.02.2020 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Bernie Sanders: “Həm Fələstin, həm də İsrail xalqının bütün haqlarını tanıyacağam”

 

ABŞ-da prezident seçkiləri ilə əlaqədar başlayan prosesdə, hazırkı dövlət başçısı Donald Trampın rəqibi, Demokratlar Partiyasından namizəd Bernie Sanders “Twitter” hesabında İsrail-Fələstin problemi ilə bağlı açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Sanders prezident olacağı təqdirdə, həm Fələstin, həm də İsrail xalqının bütün haqlarını tanıyacağını və bölgəyə sülh gətirmək üçün əlindən gələni edəcəyini bildirib.

 

Sandersin açıqlaması qısa müddət ərzində sosial mediada yayılmağa başlayıb və ABŞ-dakı müsəlman qeyri-hökumət təşkilatlarının və Fələstin hüquqlarını müdafiə edən qrupların dəstəyinə səbəb olub.

 

Qeyd edək ki, 2020-ci ilin 3 noyabrında Birləşmiş Ştatlarda 59-cu prezident seçkiləri keçiriləcək və seçkilərin qalibi 20 yanvar 2021-ci ildən etibarən Ağ Evə rəhbərlik edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş