“Avropa ilə ABŞ arasındakı münasibətlər xeyli mürəkkəbləşib və idarə olunması çətinləşib”
“ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətində Avropa ilə ABŞ arasındakı münasibətlər xeyli mürəkkəbləşib və idarə olunması çətinləşib”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq deyib.
"İndi vəziyyət daha da mürəkkəbləşib, Avropa ilə Şimali Amerika, o cümlədən ABŞ arasındakı münasibətlərdə gərginlik artıb və onları idarə etmək daha da çətinləşib. Mən hələ də inanıram ki, bu gün baş katibin və NATO-nun özünün işi Şimali Amerika və Avropanı birləşdirməkdir. Amma dözə biləcəyimiz şeylərin həddi var", - deyə sabiq rəsmi qeyd edib.
O xüsusilə ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı açıqlamalarından bəhs edib. Stoltenberq bildirib ki, "məsələn, başqa bir ölkəni, Qrenlandiyanı, Danimarkanı təhdid etmək cəhdlərinin qəbuledilməz olduğunu deyən NATO müttəfiqləri ilə tamamilə razıyam".