"Bu müharibədə Çin böyük itkilər verəcək”
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasına (ÇXR) sərt ismarıc yollayıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Tramp növbəti dəfə prezident seçiləcəyi təqdirdə Çin ilə nüvə razılaşmasının daha çətin olacağını vurğulayıb.
Tramp “Twitter” hesabında Çin və ABŞ arasında davam edən ticarət müharibəsi barədə də açıqlama verib: “Çin ABŞ hökuməti ilə razılaşmasa, danışıqların heç bir faydası olmayacaq. Bu müharibədə Çin böyük itkilər verəcək”.