Baş Nazirin xanımı qəribə hərəkəti ilə diqqət çəkib - <font color=red> VİDEO</font>

Dünya

19.08.2019 - 14:59

Sara Netanyahu ukraynalıların çörəyini dadmaqdan imtina edib

 

İsrailin Baş Naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu diqqətçəkən hərəkətə ilə gündəmə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, Kiyevin Borispol hava limanında keçirilən təntənəli qarşılanma zamanı çörək tikəsini yerə atıb. Bu davranış kameralara düşüb.

 

Bildirilir ki, avqustun 19-da Baş Nazir və həyat yoldaşı ilə Kiyevə rəsmi səfər edib. Təyyarə enişi yaxınlığında slavyan ənənələrinə uyğun olaraq Netanyahu ailəsi Ukrayna milli geyimində, əllərində çörək və duz olan üç qız tərəfindən qarşılanıb.

 

Bu ənənə ilə tanış olan İsrailin Baş Naziri çörəkdən bit tikə qopararaq yeyib. Daha sonra başqa bir tikəni xanımına uzadıb. Qadın isə çörəyi dadmaqdan imtina edərək yerə atıb.

 

Müəllif: Ayna.az