Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var

Dünya

21.08.2019 - 07:43

Hindistanın 6 əsgəri öldürülüb

 

Hindistan-Pakistan sərhədində növbəti atışma olub. AYNA "Report"-a istinadən xəbər verir ki, bu barədə Pakistanın mətbu orqanı ISPR məlumat yayıb.

 

Qeyd edilir ki, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir. Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var. 

 

Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.

 
Müəllif: Ayna.az